Pentaqon xaricdəki hərbçilərlə bağlı yekun qərar verəcək
https://azeri.sahartv.ir/news/dünya-i372939-pentaqon_xaricdəki_hərbçilərlə_bağlı_yekun_qərar_verəcək
Amerika Birləşmiş Ştatları 2021-ci ilin ortalarına qədər Əfqanıstanda və digər ölkələrdəki qoşunlarının mövcudluğunun zəruriliyi ilə bağlı yekun qərar vermək niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2021 05:24 Asia/Baku
  • Pentaqon xaricdəki hərbçilərlə bağlı yekun qərar verəcək

Amerika Birləşmiş Ştatları 2021-ci ilin ortalarına qədər Əfqanıstanda və digər ölkələrdəki qoşunlarının mövcudluğunun zəruriliyi ilə bağlı yekun qərar vermək niyyətindədir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostinlə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı baş tutub.

Lloyd Ostin bildirib ki, ölkəsi Əfqanıstandakı təhlükəsizliyi təmin etmək üçün üzərinə götürdüyü əvvəlki öhdəliklərə sadiqdir. Tərəflər Əfqanıstanda sülh prosesinin davam etdirilməsinin vacibliyini də vurğulayıblar.