Fev 17, 2021 16:13 Asia/Baku
  • ABŞ-da qar fırtınası həyatı iflic etdi

ABŞ-da dondurucu soyuq həyatı iflic vəziyyətinə salıb. Ştatların bir çoxunda COVID-19 peyvənd mərkəzləri bağlanıb və peyvənd tədarükü pozulub. Soyuq dalğanın həftənin sonuna qədər qüvvədə qalacağı gözlənilir.

 SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, şaxtalı hava səbəbindən külək elektrik stansiyalarının turbinləri enerji istehsal edə bilmədiyi üçün enerji şirkətləri artan tələbatı ödəməkdə çətinlik çəkir. Hazırda 1,3 milyon insanın elektrik enerjisiz qaldığı bildirilir. Yerli mətbuatda yer alan xəbərlərə görə,  Texas, Luiziana, Kentukki və Missuri ştatlarında ən az 21 nəfərin donaraq ölüb.

Teqlər