Fev 22, 2021 19:08 Asia/Baku

ABŞ-ın "United Airlines" aviaşirkəti bazar günü reyslərinin birində yaranan texniki nasazlıq fonunda "Boeing-777" tipli təyyarələrin bütün uçuşlarını dayandırdığını bildirib.

SəhərAzəri xəbər verir, "United Airlines" aviaşirkətinin 328 reysi mühərriklərinin birində yaranan problem səbəbindən Denver aeroportunda təcili eniş etmək məcburiyyətində qaldı.

Bu hadisədən sonra ABŞ-ın Federal Aviasiya İdarəsi "Boeing-777" tipli təyyarələrin mühəriklərinin yoxlanılması üçün təlimat verib.

"United Airlines" aviaşirkəti 24 ədəd bu tip təyyarəyə malikdir və Federal Aviasiya İdarəsi ilə bu təyyarələrin təhlükəsizlik baxımından standart olub-olmdığını müəyyən etmək üçün danışıqlar aparır.

Teqlər