Putin Qərbin Rusiyanın tibbi nailiyyətlərinə qarşı "qara piar" kampaniyasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i373692-putin_qərbin_rusiyanın_tibbi_nailiyyətlərinə_qarşı_qara_piar_kampaniyasını_tənqid_edib
Rusiya prezidenti Qərb ölkələrinin Rusiyanın tibbi nailiyyətlərini xüsusilə də koronavirus peyvəndini əhəmiyyətsiz göstərmə cəhdlərini kəskin tənqid edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 25, 2021 07:59 Asia/Baku
  • Putin Qərbin Rusiyanın tibbi nailiyyətlərinə qarşı

Rusiya prezidenti Qərb ölkələrinin Rusiyanın tibbi nailiyyətlərini xüsusilə də koronavirus peyvəndini əhəmiyyətsiz göstərmə cəhdlərini kəskin tənqid edib.

SaharAzeri xəbər verir, Vladimir Putin bəzi Avropa ölkələrini tənqid edərək, vurğulayıb: "Rusiyanın tibb sahəsindəki nailiyyətlərini sarsıtmaq üçün bir "qara piar" kampaniyası formalaşıbdır.

Cari ilin əvvəlində Litvanın baş naziri İngrida Simonit Rusiya vaksinini Moskva tərəfindən hibrid bir silah adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu yaxınlarda Avropa İttifaqının Rusiya ilə tibbi münasibətlərdə sərt yanaşmasını tənqid edərək, deyib: "Avropa İttifaqının bir çox ölkəsi Rusiya istehsalı olan "Sputnik V" peyvəndini almaq istəyirlər.

İki aydan çoxdur ki, müxtəlif ölkələrdə "Sputnik V" peyvəndinin vurulmasına başlanıb.

 Bu yaxınlarda nüfuzlu tibbi jurnal “Lancet”, "Sputnik V" peyvəndini ən təhlükəsiz və ən effektiv peyvəndlərdən biri kimi təsdiqləyib. Bu vaksinin effektivliyi  91,6 faiz səviyyəsində elan edilib.