Fev 28, 2021 11:31 Asia/Baku
  • Fransada polis maşınına “Molotov kokteyli” atdılar

Fransanın şimal-şərqində yerləşən Mulhouse şəhərində iki naməlum şəxs polis maşınını yandırıb.

SəhərAzəri modern.aza istinadən xəbər verir ki, bu barədə “Dernières Nouvelles d'Alsace” nəşri məlumat yayıb.

Nəşr yazır ki, iki kişi polis maşınının pəncərəsini sındırıb və sonra salona “Molotov kokteyli” atıblar.

Qısa müddət sonra hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb

Teqlər