Fev 28, 2021 11:35 Asia/Baku
  • Peru sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Peru sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 02.16 radələrində baş verən zəlzələnin ocağı Arekipa regionundan 81 km cənub-qərbdə, 9 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.