Fev 28, 2021 22:18 Asia/Baku
  • Dublində koronavirus məhdudiyyətlərinə qarşı aksiya

Minlərlə irlandiyalının Dublindəki koronavirus məhdudiyyətlərinə qarşı aksiyası polisin müdaxiləsilə zorakılığa çevrilib.

SəhərAzəri xəbər verir ki, Polis məmurları dəyənəklə etirazçılara basqın edərək, zor gücünə onları dağıtmağa və yürüşü davam etdiməkdən vaz keçdirməyə çalışıblar.

Etirazçılardan birinin polislərə tərəf petarda atmasından və onun polis məmurlarından birinin sifətİ qarşısında partlamasından sonra polislə etirazçılarla arasındakı toqquşma şiddətlənib.

Digər etirazçılar da polislərə tərəf butılka və qutu kimi əşyalar tullayaraq, onlara hücum ediblər.

İrlandiya qışın əvvəlindən bəri tam karantin şəraitindədir və insanlar üzrlü səbəbə malik olduqları halda evdən çölə çıxa bilərlər.

İrlandiya hökuməti bildirib ki, koronavirus məhdudiyyətlərinin azaldılması məsələsinə yenidən baxılması zamanı aprelin beşinə, yəni ay yarım sonraya təyin edilibdir.

Teqlər