Mart 06, 2021 18:37 Asia/Baku
  • Sakit okeanda 6,1 bal gücündə zəlzələ olub

Martın 6-da sakit okeanda yerləşən Tonqa Krallığı sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

SəhərAzəri xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Krallığın paytaxtı Nukualof şəhərindən 851 kilometr cənub-qərbdə, ocağının 13 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Xatırladaq ki, son günlər Yeni Zelandiyanın tərkibinə daxil olan Kermadek arxipelaqı sahillərində güclü silsilə zəlzələlər baş verib. Ərazidə 5 baldan yuxarı 25 afterşokun qeydə alındığı bildirilib.

Teqlər