Pentaqon ABŞ əsgərlərinin 1 maya qədər Əfqanıstandan tam çıxmasını təhlükəli hesab edir
https://azeri.sahartv.ir/news/dünya-i374358-pentaqon_abŞ_əsgərlərinin_1_maya_qədər_Əfqanıstandan_tam_çıxmasını_təhlükəli_hesab_edir
ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) bəzi yüksək vəzifəli şəxslərin Vaşinqton rəhbərliyinin mayın 1-nə qədər Əfqanıstandan çıxmaq planını son dərəcə təhlükəli və problemli hesab etdiklərini qeyd ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2021 13:09 Asia/Baku
  • Pentaqon ABŞ əsgərlərinin 1 maya qədər Əfqanıstandan tam çıxmasını təhlükəli hesab edir

ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) bəzi yüksək vəzifəli şəxslərin Vaşinqton rəhbərliyinin mayın 1-nə qədər Əfqanıstandan çıxmaq planını son dərəcə təhlükəli və problemli hesab etdiklərini qeyd ediblər.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Vaşinqton Post qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən verdiyi xəbərində, Pentaqonun ABŞ əsgərlərinin Əfqanıstandan vaxtından əvvəl çıxarılmasının riskli olduğunu düşündüyünü yazıb.

Qəzetin yazdığına görə, Pentaqon rəhbərliyi, qoşunların çıxarılmasının Əfqanıstanda vətəndaş müharibəsinə, ABŞ-a və müttəfiqlərinə qarşı hücumlara səbəb ola biləcəyi və insan hüquqları vəziyyətinin pisləşə biləcəyi barədə xəbərdarlıq edib.

“Əfqanıstandan mayın 1-nə qədər ciddi təhlükəsizlik problemləri olmadan çıxmaq üçün kifayət qədər vaxt yoxdur. Çıxma milyonlarla dollarlıq gizli avadanlığın məhv edilməsini labüd edəcək”, - deyə Pentaqon rəsmiləri bildirib.

Bununla birlikdə, WP-də Ağ Evdən bir yüksək səviyyəli məmurun ifadəsi də qeyd edilib. O, Talibanın hələ bəzi razılaşmaları yerinə yetirmədiyini və hələ də Əl-Qaidə ilə əlaqə saxladıqlarını vurğulayıb.

ABŞ-ın 29 fevral 2020-ci il tarixində Dohada Talibanla razılaşmasına əsasən, ABŞ 15 yanvar 2021-ci ilə qədər Əfqanıstandakı qoşun sayını 2500-ə qədər azaltmalı və 2021-ci ilin mayına qədər Əfqanıstandan tamamilə çıxmalıdır.

ABŞ-ın eks-prezidenti Donald Tramp vəzifəsini təhvil vermədən əvvəl Əfqanıstandakı qoşunların sayını 2500-ə qədər azaltmağı əmr etmişdi