Polisin dizi altında can verən miqrant qadına görə Meksikada aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i375250-polisin_dizi_altında_can_verən_miqrant_qadına_görə_meksikada_aksiya_keçirilib
Mexikoda feminist hərəkatının yüzlərlə üzvü qadınlara qarşı polis zorakılığına etiraz yürüşü həyata keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2021 07:45 Asia/Baku
  • Polisin dizi altında can verən miqrant qadına görə Meksikada aksiya keçirilib

Mexikoda feminist hərəkatının yüzlərlə üzvü qadınlara qarşı polis zorakılığına etiraz yürüşü həyata keçiriblər.

SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, Bu barədə “Universel” xəbər yayıb.

Aksiyaların səbəbi kimi Meksikanın cənub-şərqində Tulum turizm bölgəsində El Salvadordan bir miqrant qadının ölməsi olub. O, həbs olunarkən polislərdən birinin dizinin altında can verib.

Külüng və çəkiclərlə silahlanan aksiyaçılar “İnqilab” abidəsindən qətlin baş verdiyi Kintana -Roo ştatının nümayəndəliyinə, oradan da Milli Saraya doğru hərəkət ediblər.

Aksiya zamanı saxlanılan və ya zərərçəkən olmayıb.