Avropa Dərman Agentliyi: Qanda tromb yaranması "AstraZeneca" vaksini ilə əlaqəlidir
https://azeri.sahartv.ir/news/dünya-i375410-avropa_dərman_agentliyi_qanda_tromb_yaranması_astrazeneca_vaksini_ilə_əlaqəlidir
Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2021 12:23 Asia/Baku
  • Avropa Dərman Agentliyi: Qanda tromb yaranması

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

SəhərAzəri xəbər verir ki, agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

Qeyd edək ki, İngiltərədə "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

Xatırladaq ki, Niderland "AstraZeneca" vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.