ABŞ-da atışma olub, səkkiz nəfər ölüb
ABŞ-ın İndianapolis şəhərində atışma nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.
SəhərAzəri xəbər verir ki, hadisə ABŞ-ın İndiana ştatında yerləşən "FedEx" daşıma şirkətinin İndianapolisdəki təsisatında baş verib.
Atəş açan şəxsin özünü öldürdüyü bildirilir.
CNN kanalının məlumatına görə, 8 nəfəri öldürən, 7 nəfəri yaralayan şəxsin təhlükəli olması barədə hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcədən məlumat alıblar.
İddiaya görə, şübhəli əvvəldən federal və yerli hakimiyyət orqanlarına məlum imiş.
Hətta yaxınlarının həmin şəxsin zorakılığa meylli olması barədə polisə xəbər verdiyi bildirilib.
NBC telekanalı mənbələrə istinadən hadisəni törədən şəxsin adını açıqlayıb - 19 yaşlı Scott Houl. Lakin bu, rəsmi olaraq təsdiqlənməyib.
Səlahiyyətli orqanların verdiyi məlumata görə, atəş açan şəxs polis hadisə yerinə gəlməmişdən əvvəl ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.