Apr 22, 2021 10:04 Asia/Baku
  • ABŞ-da polis 16 yaşındakı qaradərili qızı öldürdü

Amerik polisinin şiddəti davam edir. Ohayo ştatında bir dava xəbərini alan polislər, 16 yaşındakı qaradərili bir gənc qızı öldürdü.

SəhərAzəri xəbər verir ki,Corc Floydun öldürülməsi ilə bağlı iddiada polis məmurunun cinayət və təqsirlə adam öldürməkdən günahkar tanınmasından yalnız 25 dəqiqə sonra ABŞ-da yenə bir polis şiddəti yaşandı.

Ohayo ştatının Columbus şəhərində bıçaqlı döyüş xəbəri alan  polis hərəkətə keçdi.

Hadisə yerinə gedən polis qaçmağa çalışan qızlara atəş açdı.

Güllələrin isabət etdiyi 16 yaşındakı Makiyah Bryant, bütün müdaxilələrə baxmayaraq qaldırıldığı xəstəxanada həyatını itirdi.

Polis, hadisənin bədən kamerası görüntülərini nəşr etdi.

"Polis heç bir xəbərdarlıq etmədən gənc qızı vurdu"

Yerli mətbuatda dərc olunan xəbərlərdə Bryantın özünü hücum edənlərdən qorunmaq üçün əlində bıçaq tutduğu vurğulandı.

Ancaq polisin gəlməsiylə bıçaqı buraxdığı ifadə edildi.

Byrantın ailəsi də polisin "heç bir xəbərdarlıq etmədən gənc qızı vurduğunu" söylədi.

 

Etiraz təşkil edildi

 

Hadisələ əlaqədar istintaq başladılarkən, cinayətin ardından polis şiddətini etiraz üçün nümayişçilər yenə küçələrə çıxdı.

 

Şəhərdəki təhlükəsizlik müdirliyi qarşısında toplanan nümayişçilər polis şiddətini etiraz etdi.

 

Teqlər