May 10, 2021 11:19 Asia/Baku
  • ABŞ-ın Kolorado ştatında qanlı ad günü ziyafəti; 7 ölü var

ABŞ-ın Kolorado ştatında doğum günü məclisində baş verən silahlı insident 7 nəfərin ölümü ilə nəticələnib.

SəhərAzəri "Associated Press"ə istinadla xəbər verir ki, hadisə bazar günü gecə yarısı Kolorado-Sprinqs şəhərində baş verib.

Hadisəni törədən şəxs ziyafətdə toplaşanlara atəş açaraq, 6 nəfəri  öldürüb və sonra öz həyatına son qoyub.

Məlumata görə, hücumçu bir uşağın da olduğu ailəvi şənliyə qatılan qızlardan birinin nişanlısı imiş. Hücumçu evə girərək, intihar etməzdən əvvəl atəş açmağa başlayıb, mərasimdəki uşaq xəsarət almayıb. 

Polis hadisəni törədənin kimliyini açıqlamayıb, onun motivi də hələlik bəlli deyil. 

Bu hadisə, 22 martda 10 nəfərin ölümü ilə nəticələnən silahlı bir şəxsin bir mağazaya hücumundan sonra Kolorado ştatında qeydə alınan ən dəhşətli silahlı insidentdir. 

465 min nəfər əhalisi olan Kolorado-Sprinqs şəhəri, Denverdən sonra Kolorado ştatının ikinci ən böyük şəhəridir. 

Teqlər