May 28, 2021 15:26 Asia/Baku
  • Bir il ərzində ABŞ polisi tərəfindən min nəfərdən çox insan öldürülüb

Yeni bir məlumata görə, ABŞ-ın polis qüvvələri bir il ərzində bu ölkənin mindən çox vətəndaşını qətlə yetirib.

SəhərAzəri-nin məlumatına əsasən, «Polis zorakılığının təsviri» qrupu bildiribdir ki, afroamerikalı Corc Floydun 2020-ci il mayın 25-də öldürülməsindən sonra Amerikanın polis məmurları 1068 nəfəri qətlə yetiriblər.

Bu statistika göstərir ki, hər gün Amerikada polis qüvvələri tərəfindən üç nəfər qətlə yetirilib. Bu əsasda 2021-ci ilin əvvəlindən bəri təkcə altı gündə ABŞ polisi tərəfindən qətl həyata keçirilməyibdir.

Corc Floydun və bir neçə digər qara dərilinin qətlindən sonra Amerikada yaranan geniş etiraz dalğasına rəğmən, bu bir il ərzində Amerika polisi tərəfindən qətlə yetirilənlərin sayı öncəki illərlə müqayisədə o qədər də dəyişməyibdir.

Bu statistikaya görə, qara dərili vətəndaşların polis tərəfindən qətlə yetirilmələri ehtimalı ağdərililərdən üç dəfə çoxdur.

Həmçinin qətl zamanı onların silahsız olmaları ehtimalı yüksəkdir.

Bütün dünyadan olan insan haqları üzrə tanınmış vəkillər tərəfindən polis zorakılığı barədə aparılan təhqiqat göstəribdir ki, Amerika polisi tərəfindən silahsız afroamerikalılrın sistematik şəkildə qırğın edilməsi və ya onların bədən üzvlərinin qüsurlu hala salınması bəşəriyyətə qarşı cinayət kimi beynəlxalq qanunlarla təhqiq və təqib olunmalıdır.

Teqlər