Rusiya paytaxtında kritik vəziyyət
Koronanın yenidən artması Moskvanı tətil edib
Rusiyanın müxtəlif bölgələrində korona nəticəsində yoluxanlar və həyatını itirənlərin gündəlik sayının nəzərəçarpacaq dərəcədə artmasının ardınca Moskva meri, paytaxtın doqquz gün müddətinə tətil edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Moskva meri və korona ilə mübarizə üzrə federal işçi qrupunun sədri Sergey Sobyanin bir fərmanda bildirib ki, koronavirus epdemiyası vəziyyətinin ağırlaşmasına görə, bu şəhərdəki bütün dövlət və qeyri-dövlət idarə və təşkilatları iyunun 15-dən 19-dək tətil olacaq.
Həftəsonu tətillərinə və Rusiya milli günü tətillərinə görə, tətil doqquz günü sürəcək.
Rusiyada ümumi vaksinasiya prosesi də çox yavaş irəliləyir. Rusiya vətəndaşları koronaya qarşı vaksindən istifadəyə o qədər də maraq göstərmirlər.
Belə bir halda, Rusiya dünyada koronaya qarşı iri vaksin istehsalçılarından biri sayılır, amma bu ölkənin 146 milyon nəfərlik əhalisindən indiyədək təkcə təqribən on yeddi milyon nəfər peyvənd edilibdir.