İyul 16, 2021 18:36 Asia/Baku
  • Pentaqon
    Pentaqon

Amerika müdafiə nazirliyi- Pentaqon-un sözçüsü Haiti prezidentinin qatillərinin ABŞ ordusunun hərbi təlimlərilə əlaqələrinin olduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ken Hafmann etiraf edib ki, Kolumbiyanın sabiq hərbçilərindən bəziləri həbs olunublar. O, bildirib ki, keçmişdə Amerika ordusu tərəfindən təlim keçmiş bu şəxslər Haiti prezidenti Jovenel Moizin terrorunda əllərinin olmasında ittiham olunurlar.

Pentaqon-un sözçüsü/ Jovenel Moizi terror etmək üçün ABŞ ordusundan təlim almış şəxslərin sayına işarə etməyib.

Haitinin 42-ci prezidenti Jovenel Moiz iyulun yeddisində öldürüldü, onun həyat yoldaşı isə yaralandı.

 

Teqlər