İyul 28, 2021 11:20 Asia/Baku
  • Trilyonlar xərcləndi, nəticə yoxdur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş casusu etiraf edib ki, Əfqanıstan və İraqdakı müharibələrdə ABŞ trilyonlarla dollar xərcləsə də, heç bir şey əldə edə bilməyib.

 SəhərAzəri-nin məlumatına əsasən, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş casusu Filip Giraldi deyib.

Sabiq kəşfiyyatçı qeyd edib: "Əfqanıstan və İraqdakı müharibələr nəinki pis olan vəziyyəti daha da pisləşdirdi, həm də yüz minlərlə ölüm və tamamilə heç bir şey əldə etmədən trilyonlarla itkiyə səbəb oldu. Vaşinqtonda heç kimin qələbə qazana bilməməsi və bir çıxış strategiyası düşünməməsi müharibələrin və qeyri-sabitliyin hələ də bizimlə olduğunu göstərir".

Filip Giraldi ABŞ-ın Suriyadakı varlığını da tənqid edərək, ölkəsinin buradakı neft sahələrini işğal etməyə davam etdiyini bildirib.

Teqlər