Pentaqon Kabildə mülki vətəndaşları öldürdüyünü etiraf etdi
ABŞ-ın terrorçu hərbçilərinin Qərbi Asiya üzrə Mərkəzi Komandanlığı "CENTKOM" avqust ayının sonunda ABŞ hərbçilərinin Əfqanıstandan təxliyəsi zamanı Vaşinqtonun endirdiyi aviazərbələrdə 10 dinc sakinin öldürüldüyünü etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığının komandiri Frank Makkenzi Pentaqonda keçirilən mətbuat konfransında, etiraf edib ki, avqust ayında ABŞ PUA-sının Kabildə endirdiyi ölümcül hava zərbələri ilə bağlı aparılan araşdırmaların nəticəsi göstərir ki, bu zərbələr nəticəsində 10 mülki vətəndaş öldürülüb və hədəfə alınan avtomobil və sürücüsü də İŞİD qruplaşması tərəfindən bir təhdid deyilmiş.
ABŞ hərbi rəsmisi hücumun yanlışlıqla edildiyini etiraf edib və sonra üzr istəyib.
Bundan əvvəl, Pentaqon avqustun 29-da Kabil hava limanına kamikadze hecumu təşkil etmək üçün nəzərdə tutulmuş bir avtomobilin dron vasitəsilə hədəfə alındığını bildirib.
Hücumdan bir gün sonra bəlli olub ki, hücum nəticəsində 7-si uşaq olmaqla, 10 mülki vətəndaş həlak olub.
Aparılan araşdırmalar nəticəsində, ABŞ-ın səhvən bir əfqan yardım işçisini ailəsi ilə birlikdə hədəfə aldığı üzə çıxıb.