Okt 14, 2021 19:00 Asia/Baku
  • ABŞ
    ABŞ

Bir amerikan nəşr bir reportajda Amerika tarixində bu ölkədəki yerli sakinlərə qarşı soyqırımını etiraf edib və Vaşinqton başçılarından istəyibdir ki, bu cinayətlərin məsuliyyətini qəbul etsinlər.

SəhərAzəri-nin məlumatına əsasən, «Foreign Policy» nəşri on bir oktyabr- Amerikada «yerli əhali» günü münasibətilə dərc etdiyi bir reportajda yazıb ki, bu ilin may ayında Kanadanın «Britaniya Kolumbiyası» əyalkətində yerləşən «Kamlups» internat məktəbində 215, iyun ayında isə «Saskaçevan» əyalətindəki sabiq internat məktəbinin yaxınlığında 751 naməlum qəbir aşkar edilib. Buradakı uşaqlardan bəzilərinin yalnız üç yaşı olubdur. Qənaətə görə, bütün Kanada boyu, bu kimi məktəblərdə dörd mindən on minədək yerli uşaq həyatını itirib.

Yerli uşaqları internat məktəblərdə təhsilə məcbur etmək təkcə Kanadaya məxsus olmayıb. Birləşmiş Ştatlar dövlət lisenziyası ilə həyata keçirilən həmin sui-istifadələrdən uzun və qaranlıq bir keçmişə malikdir.

19-cu və 20-ci əsrlər boyu Amerikadakı yerli uşaqlar üçün nəzərdə tutulan 350-dən çox internat məktəb dövlət büdcəsilə və əksər hallarda kilsələr tərəfindən idarə olunardı.

 

Teqlər