Noy 01, 2021 21:06 Asia/Baku
  • Rusiyadan İrana böyük dəstək

Moskva İranla nüvə razılaşmasında hər hansı dəyişikliyin edilməsinin qəti əleyhinədir.

SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı noyabrın sonuna Vyanada keçirilməsi nəzərdə tutulan müzakirələr haqda deyib.

O bildirib ki, nüvə razılaşmasının yenilənməsində hər tərəf maraqlı görünür:

"Ancaq razılaşma 2015-ci ildə BMT TŞ tərəfindən necə təsdiq edilibsə, o cür də yenilənməlidir. İstənilən əlavə, istənilən əksiltmə İran üçün qəbuledilməzdir. Biz də tam şəkildə bu yanaşmanı dəstəkləyirik".

Qeyd edək ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı 2015-ci ildə İran ilə 5+1 qrupu (İngiltərə, Almaniya, Çin, Fransa, Rusiya və ABŞ) ölkələri arasında imzalandı. 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxdı və Tehrana qarşı sərt sanksiyaları bərpa etdi.

İran da mərhələli şəkildə öhdəliklərini azaltdı və nəhayət, uranın zənginləşdirilməsi səviyyəsini kəskin artırdı.

Teqlər