Nüvə anlaşması üzrə birgə komissiyanın iclası noyabrın 29-da keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i382799-nüvə_anlaşması_üzrə_birgə_komissiyanın_iclası_noyabrın_29_da_keçiriləcək
Avropa Birliyi bir bəyanatda nüvə anlaşması üzrə birgə komissiyanın iclasının noyabrın 29-da əyani şəkildə Vyanada keçiriləcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2021 10:21 Asia/Baku
  • Avropa Birliyi
    Avropa Birliyi

Avropa Birliyi bir bəyanatda nüvə anlaşması üzrə birgə komissiyanın iclasının noyabrın 29-da əyani şəkildə Vyanada keçiriləcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Avropa Birliyinin bəyanatında deyilir ki; İclas Avropa Birliyinin xarici hərəkət xidmətinin baş katib müavini Enrike Moranın sədrliyi altında keçiriləcək. İclasda İran, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərənin nümayəndələri iştirak edəcəklər.

Bəyanatda qeyd olunur ki, iclas iştirakçıları Amerikanın nüvə anlaşmasına ehtimal olunan qayıdışının perspektivi, həmçinin anlaşmanın bütün tərəflər vasitəsilə təsirli və tam şəkildə icrasından əminlik haqda müzakirə və söhbət edəcəklər.