Rusiyanın İrandakı səfirliyinin Ulyanovun sözlərinin təhrif edilməsi ilə bağlı bəyanatı
-
Ulyanov
Rusiyanın İrandakı səfirliyi bu ölkənin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanovun sözlərinin bəzi farsdilli medialar tərəfindən təhrif edilməsi ilə bağlı bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın İrandakı səfirliyinin bəyanatında deyilir: Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun İranın nüvə obyektlərindəki sentrifuqalar məsələsi ilə bağlı sözləri fars dilində düzgün tərcümə edilməyib.
Qərb mediaları nalayiq bir hərəkətdə Rusiyanın Vyana danışıqlarındakı nümayəndəsi Mixail Ulyanovun sözlərini təhrif edib, onun müsahibəsinin həqiqətə uyğun olmayan versiyasını dərc ediblər.
Halbuki, Rusiya nümayəndəsi Qərb mediasına verdiyi qısa müsahibədə Vyana danışıqlarını irəliyə doğru və İranın danışıqların bu raundundakı rolunu müsbət və konstruktiv dəyərləndirmişdi.
Qərb mediası və bəzi farsdilli medialar bu sözləri başqa cür dərc edərək, auditoriyada bunu aşılamağa çalışdılar ki, Rusiya da İranın yeni nüvə müzakirəçi komandasının rol oynaya biləcəyindən məyus və narahatdır.