Türkiyə S-400 sisteminin satın alınması zərurətinə təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i384906-türkiyə_s_400_sisteminin_satın_alınması_zərurətinə_təkid_edib
Türkiyənin müdafiə naziri S-400 hava hücumundan müdafiə sisteminin satın alınmasını bir zərurət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2022 11:18 Asia/Baku
  •  S-400 sistemi
    S-400 sistemi

Türkiyənin müdafiə naziri S-400 hava hücumundan müdafiə sisteminin satın alınmasını bir zərurət adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, F-35 qırıcısı barədə Amerika ilə danışıqların davam etməsinə işarə edən Hulusi Akar deyib ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması həll yolu yox, zəruri bir məsələdir.

Akar F-35 qırıcısı barədə yaxın gələcəkdə Türkiyənin Amerika ilə danışıqlarının keçiriləcəyini qeyd edib.

Türkiyə tərəfindən Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması Amerikanı narazı salıb. Amerikanlar Ankaranın bu qərarına reaksiyada Türkiyə ilə F-35 qırıcısının birgə istehsalı üzrə həmkarlığı dayandırıblar.