İngiltərədə enerji şirkətlərinin iflasa uğramaları dominosu
İngiltərədə enerji şirkətlərinin iflasa uğramaları və problemləri dairəsi iri şirkətlərə çatıb və hər ay yeni şirkətlər müflis olduqlarını elan edirlər.
SəhərAzəri-nin məlumatına əsasən,İngiltərədə enerji şirkətlərinin iflasa uğramaları və problemləri dairəsi iri şirkətlərə çatıb.
Dörd milyon beş yüz min abonenti olan İngiltərədə üçüncü iri enerji şirkəti olan «OVO» elektrik və qaz şirkəti də elan edibdir ki, enerjinin dünya qiymətinin artmasına və abonentlərlə bağladığı uzunmüddətli müqavilədəki qiymətlə onların qaz və işıqlarının təminindəki acizliyə görə, xərcləri azaltmaq məqsədilə işçilərindən 1700 nəfəri işdən çıxarmağa məcburdur.
176 min işıq və qaz abonenti olan «Birgə enerji» şirkəti İngiltərədə müflis olan ən yeni şirkətdir.
«Financial Times» qəzetinin yazdığına görə, İngiltərədə enerjinin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə altı dəfə artıb və bu qiymət yenə artacaqdır.
Bir London sakini deyir: Qaz və yanacağın, həmçinin ticarət malları və iaşə xidmətlərinin qiymətlərinin artmasını daima hiss edirik. Bu səbəbdən, vəziyyətin yaxşılaşmasına əsla nikbin deyiləm.
İngiltərə parlamentinin üzvlərindən bir qrupu da yanacaq qiymətinin artmasına görə, yeni ildə ailələrin xərclərinin təqribən 1200 funt-sterlinq artmasına reaksiya veriblər.
İngiltərədə indiyədək 27 elektrik və qaz şirkəti abonentlərlə bağladığı müqavilədə qeyd olunan məzzənnə ilə onların enerji və yanacaqlarının təminindəki acizliyə görə, müflis olub və işçilərindən minlərlə nəfər işsiz qalıbdır.
İngiltərədə inflyasiyaya nəzarət edən orqanların məlumatı son otuz ildə ən yüksək miqdara çatıbdır ki, onun başlıca hissəsi yanacaq və enerji qiymətlərinin artmasından irəli gəlir.