Sionist media: Mossad-ın sədri Türkiyəyə gizli səfər edib
-
Mossad-ın sədri
Sionist rejim mətbuatı bu rejimin casusluq təşkilatı Mossad-ın rəhbərinin Türkiyəyə gizli səfərindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim mediası Türkiyə mətbuatına istinadən bu rejimin yüksək rütbəli məmurunun Ankaraya səfərindən xəbər verib. Bu məmurun təhlükəsizlik fiqurlarından biri və Mossad-ın sədri olduğu ehtimal edilir.
Sionist rejimin 14-cü kanalının məlumatına görə, Mossad-ın keçmiş rəhbəri Yossi Koenin dövründə sionist rejimin casusluq xidməti Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq edib və əlaqədə olub, baxmayaraq ki, siyasi müstəvidə münasibətlər gərgin idi.
Sionist "Yediot Ahronot" qəzeti də bir reportajda yazıb: "Sionist rejimin Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpiz bu rejimin prezidenti İshaq Hersoqun mümkün səfərinə hazırlıq məqsədilə ötən ay gizli şəkildə Türkiyəyə səfər edib.
Sionist qəzetin məlumatına görə, rejimin başçısı İshaq Hersoqun gələn ay Türkiyəyə səfəri planlaşdırılır.