Mart 30, 2022 10:33 Asia/Baku
  • Anqlosaksonlar Rusiyanı qıcıqlandırmaqda davam edirlər

ABŞ hökuməti Ukraynaya silah tədarükünü davam etdirərək Rusiyanı qıcıqlandırır.

SəhərAzəri-nin məlumatına əsasən, Pentaqon sözçüsü Con Kirbi deyib ki, ABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı davam etdirəcəklər.

O qeyd edib ki, son 8 il ərzində ABŞ və müttəfiqləri Ukrayna ordusuna əhəmiyyətli dərəcədə yardımlar edib: “Biz onların təhlükəsizlik ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür yardımları davam etdirəcəyik".

Oxşar bəyanatla Britaniyanın baş naziri Boris Conson da çıxış edib. O, Nazirlər Kabinetinə bildirib ki, Vladimir Putinin vəziyyəti daha da pisləşdirə biləcəyi səbəbindən London Ukraynanı daha ölümcül silahlarla təmin etmək istəyir.

Onun sözlərinə görə, Britaniya Ukraynaya dəstəyin “yeni mərhələsinə” keçir və hökumət onun hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir.

Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Ukraynaya demokratiyanın qaytarılması vacibdir. Əks halda ölkəni ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir.

Onun fikrincə, hazırda Amerika və ya anti-Rusiya siyasəti ilə razılaşmamaq fikri, Qərb insanını sərt reallıqla üzləşdirə bilər.

Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, ABŞ avropalılara Ukrayna bioloji laboratoriyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin əsl məqsədini izah etməlidir.

"Rusiyanı kütləvi qırğın silahlarından istifadə edərək təxribatlar hazırlamaqda ittiham edən Qərb özü bu tip planlar qurmaqdadır", - deyə Patruşev qeyd edib.

Teqlər