Rusiya müdafiə Nazirliyi yeni məlumat yaydı
Ukraynanın 1800 zirehli texnikası məhv edilib
Rusiyanın Müdafiə Nazirliyi müharibənin başlandığı gündən indiyədək Ukrananın 1800 zirehli texnikasının məhv edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya tərəfi iddia edib ki, hava hücumundan müdafiə sistemiləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini vurub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatının vurulduğunu söyləyib.
Onun sözlərinə görə, Rusiya hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İzyum şəhərindən 30 kilometr qərbdə havada bir Ukrayna Mi-24 helikopterini, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub.
General onu da qeyd edib ki, martın 31-də səhər saatlarında rəsmi Kiyev iki Mi-8 helikopteri ilə "Azov" batalyonunun komandirlərini Mariupoldan təxliyə etməyə cəhd edib, bu zaman Rusiya qüvvələri qənimət götürdükləri Stinger kompleksi ilə Ukraynanın Mi-8 helikopterini vurub. Helikopterlərdən biri Rıbatskoye yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. İkinci helikopter raket zərbəsi nəticəsində zədələnsə də, dənizə doğru uçub, lakin sahildən 20 kilometr aralıda qəzaya uğrayıb.
Məlumata görə, Rıbatskoye yaşayış məntəqəsi yaxınlığında yerə düşən helikopterdəkilərdən 15-i həlak olub, sağ qalan iki nəfər əsir götürülüb.
Bu arada Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir ki, “Cənub” qoşun dəstəsində yerləşən 60-cı əlahiddə piyada briqadasının müdafiəçilərinin səyləri ilə Xerson vilayətində aşağıdakı yaşayış məntəqələri azad edilib.
Ukrayna Milli Təhlükəsizlik yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzindən isə bildiriblər ki, Rusiya qoşunlarını geri çəkmir, onlar qaçır, çünki Ukrayna Silahlı Qüvvələri və əhalimizdən sərt cavab alıblar. Bundan başqa, düşmən öz qüvvələrini Donbasa köçürür və oradan Ukrayna ərazisinə sarsıdıcı zərbələr endirməyə hazırlaşır.