Rusiya müdafiə Nazirliyi yeni məlumat yaydı
Raket və artilleriya bölmələri atəş tapşırıqları yerinə yetirib
Rusiyanın müdafiə Nazirliyi raket və artilleriya bölmələrinin atəş tapşırıqlarını yerinə yetirdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin məlumatında deyilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.
Qeyd olunur ki, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar. Həmçinin real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.