Dünya bazarlarında xam neftin qiyməti artıb
Rusiya ilə Ukrayna arasındakı siyasi gərginliklərin davam etməsi investorları təqdim bazarının gələcəyilə bağlı daha da nigaran edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya ilə Ukrayna arasındakı siyasi gərginliklərin davam etməsi, xüsusən mülkilər arasında tələfatın artması, Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqi artırmaq üzrə qərarı və iqtisadi sanksiyaların şiddətlənməsi, bu gün dünya bazarlarındakı sövdələşmələrdə neftin qiymətinin otuz faizdən çox artmasına səbəb olub.
Bu əsasda, Şimal dənizində Brent xam neftinin qiyməti bu gün üç faiz artımla hər barreldə 107 dollar 53 sentə çatıb.
Amerikanın «Vest Teqzas İntermidiyet» xam nefti də dörd faiz artımla barreldə 103 dollar 28 sentə alver edilib.
Almaniya kansleri Olaf Şolts deyib ki, Rusiya prezidenti Vladimir Putin və onun himayədarları Buça olayları və mülkilərin qırğın edilmələrinin əvəzini ödəməlidirlər.
Şolts əlavə edib: Qərb ölkələri Moskvaya qarşı daha çox iqtisadi sanksiyalar barədə eyni nəticəyə çatıblar və bilirlər ki, hal-hazırda yeganə yol, Moskvanı misli görünməmiş iqtisadi böhranlarda ilişdirməkdir.
Fransa prezidenti Emmanuel Makron da təklif edibdir ki, Rusiya nefti və daş kömürünün sanksiyası Qərb ölkələrinin iş gündəminə salınsın. O, eyni zamanda vurğulayıbdır ki, Fransa Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyinə əsla şübhə etmir.
Rusiya ilə Ukrayna arasında siyasi və hərbi gərginliklərin başlandığı zamandan bəri Moskvaya qarşı müxtəlif iqtisadi sanksiyaların tətbiqi, enerji bazarının xüsusən Avropadakı gələcəyi barədə olan nigarançılıqları artırıbdır.