Çin ABŞ-a Tayvan separatçılarını dəstəkləmək barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i388075-Çin_abŞ_a_tayvan_separatçılarını_dəstəkləmək_barədə_xəbərdarlıq_edib
Pekin ABŞ qanunvericilərinin Tayvana səfərinə qarşı olduğunu bildirib və əlavə edib ki, Çin öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq üçün təsirli tədbirlər görməyə davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2022 08:34 Asia/Baku
  • Çin ABŞ-a Tayvan separatçılarını dəstəkləmək barədə xəbərdarlıq edib

Pekin ABŞ qanunvericilərinin Tayvana səfərinə qarşı olduğunu bildirib və əlavə edib ki, Çin öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq üçün təsirli tədbirlər görməyə davam edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin Vaşinqtondakı səfirliyi senator Lindsey Graham və Bob Menendez də daxil olmaqla bəzi ABŞ qanunvericilərinin Tayvana səfəri ilə bağlı bəyanatında bildirib ki, ABŞ Konqresinin üzvlərinin Tayvana səfəri vahid Çin prinsipini və üç Çin-ABŞ birgə bəyanatının şərtlərini ciddi şəkildə pozur. Çin buna qəti şəkildə qarşı çıxır və bu, ABŞ tərəfinə çatdırılıb.

Səfirliyin bəyanatında ABŞ tərəfi Tayvanla rəsmi qarşılıqlı əlaqənin bütün formalarını dərhal dayandırmağa və "Tayvanın müstəqilliyi" separatçı qüvvələrinə yanlış siqnallar göndərməkdən çəkinməyə çağırılıb, çünki bu, Çin-ABŞ münasibətlərinə və Tayvan boğazı boyunca sülh və sabitliyə daha da xələl gətirəcək.