Çinin “Global Times” qəzeti:
“ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”
Apr 18, 2022 12:10 Asia/Baku
Çinin “Global Times” qəzeti bir məqalə dərc edərək yazıb ki, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib.
SəhərAzəri-nin məlumatına əsasən, qəzet bunun üçün ABŞ-ın bütün səylərini səfərbər etdiyini yazır.
Məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir.Hazırda silah şirkətlərinin səhmləri yüksək göstəricilərə malikdir.
Bundan əlavə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.