Əmir-Abdullahiyan Əfqanıstan xalqına başsağlığı verib
İranın xarici işlər naziri bir tvittdə Əfqanıstanda zəlzələ qurbanlarının ailələrinə başsağlığı verib. O, bu tvitt-də ölənlərin bağışlanmaları, yaralananların da tezliklə sağalmalarını arzu edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan cümə axşamı günü səhər Əfqanıstanın cənub-şərqində yerləşən Xost şəhəri yaxınlığında baş verən zəlzələyə reaksiyada bir tvittdə yazıb: Qonşuluq və qardaşlıq adəti olaraq, bu çətin anlarda Əfqanıstanın şərəfli və səbirli xalqının yanındayıq.
Əmir Abdullahiyan vurğulayıb: İran İslam Respublikasının yardım yükü dərhal Əfqanıstana təhvil veriləcək.
Çərşənbə günü səhər Əfqanıstanın cənub-şərqində və Pakistanın bəzi bölgələrində Rixter şkalası ilə 6,1 bal gücündə zəlzələ baş verdi.
Zəlzələ Xost şəhərinin qırx dörd kilometrliyi və yerin 51 kilometr dərinliyində baş verib.
Əfqanıstan rəsmilərinin bildirdiklərinə görə, zəlzələ nəticəsində 1500 nəfər ölüb, 620 nəfər isə yaralanıbdır.