Baydenin Təl-Əvivə səfəri zamanı 16 min polis qüvvəsi yerləşdiriləcək
ABŞ prezidentinin Fələstinin işğal olunmuş ərazilərinə səfəri zamanı təhlükəsizlik narahatlıqları səbəbindən əraziyə 16 minə yaxın sionist rejim polisi yerləşdiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti iyulun 13-dən 16-dək Yaxın Şərqə səfər edəcək. O, iyulun 16-da keçiriləcək Fars Körfəzi Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Təl-Əvivdən Səudiyyə Ərəbistanına gedəcək.
"Sputnik"in məlumatına görə, sionist rejim polisinin sözçüsü Mixail Zingerman bir mətbuat konfransında deyib: "ABŞ prezidenti Co Baydenin Təl-Əvivə səfəri zamanı təhlükəsizliyin təmin edilməsi üçün hava limanı ərazisinə, Qüds və ona gedən əsas yollara ən azı 16 min polis əməkdaşı yerləşdiriləcək ki, bu, görünməmiş rəqəmdir".
Sionist rejim polisinin sözçüsünün bildirdiyinə görə, İsrail polisi Co Baydenin işğal olunmuş ərazilərər enişindən sonra Ərəbistana gedənə qədər səfəri və şəxsiyyətlərin təhlükəsizliyini təmin edəcək və onların ən əsas vəzifələrindən biri vətəndaşların həyat səviyyəsinə və normal ritminə dəyən zərərin minimuma endirilməsidir.
Məlumatda deyilir ki, əməliyyat üçün təlim iki ay ərzində yanğınsöndürənlər, sionist rejimin Təhlükəsizlik Agentliyi Şabak və bu rejimin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilib.
Səfər zamanı bir sıra magistral yolların qısamüddətli bağlanacağı gözlənilir, buna görə də vətəndaşlar polisin yeniliklərini izləməyə çağırılıb.
ABŞ prezidentinin Səudiyyə Ərəbistanı və işğal olunmuş Fələstinə səfəri Fələstin və Səudiyyə Ərəbistanında insan haqları pozuntularına məhəl qoymadığı üçün həm daxildə həm də insan haqları cəmiyyətləri tərəfindən geniş tənqidlərlə üzləşib.