İkidövlətli həll yolu hədəfi, əlçatmaz görünə bilər
Amerika prezidenti Fələstin muxtariyyətinin başçısı ilə birgə mətbuat konfransında deyib ki, fələstinlilərə tətbiq edilən məhdudiyyətlərə görə, ikidövlətli həll yolu hədəfi, əlçatmaz görünə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas və Amerika prezidenti Co Bayden bu gün günortadan sonra görüşdükdən sonra mətbuat konfransında iştirak ediblər.
Fələstin muxtariyyətinin başçısı öncə deyib: Mən sülh diyarında sülhün bərqərarı üzrə qonaq kimi sizi salamlayıram.
Mahmud Abbas sonra deyib: Biz prezident Baydenlə söhbətdə vurğuladıq ki, bizim baxışımız beynəlxalq qətnamələrə və ikidövlətli həll yoluna əsaslanır.
Abbas əlavə edib: Sülh, 1967-ci il sərhədləri əsasında Şərqi Qüds paytaxt olmaqla Fələstin ərazilərinin işğalının bitməsi ilə bərqərar olacaq.
Fələstin muxtariyyətinin başçısı həmçinin deyib: Biz şəhid Şirin Əbu-Aqilənin qatillərinin cəzalandırılmalarını istəyirik.
Bunun qarşılığında, Amerika prezidenti iddia edib: Amerika prezidenti kimi, ikidövlətli həll yolu hədəfinə sədaqətim dəyişməyib. Fələstinlilərə qarşı tətbiq edilən məhdudiyyətlərə görə, ikidövlətli həll yolu hədəfi, əlçatmaz görünə və Fələstin xalqı kədərlənə bilər.
Co Bayden əlavə edib: Ümidsizlik və məyusluq gələcəyimizi qura bilməz. Biz sülh prosesinə həyat vermək üçün fəaliyyətləri gücləndirməyə çalışırıq. Zorakılılqlara son qoymalıyıq.
Bayden çıxışının digər bir hissəsində deyib: Bir fələstinli və Amerika vətəndaşı olan Şirin Əbu-Aqilə müstəqil mediada işləyərkən öldürüldü. Amerika Şirin Əbu-Aqilənin öldürülməsi ilə bağlı müstəqil təhqiqatların aparılmasını himayə üzrə vəzifəsini yerinə yetirəcək.
Baydenin səfər proqramına əsasən, o, Mahmud Abbasla qısa görüşdən sonra Səudiyyə Ərəbistanına səfər edib. Bayden bu səfərdə Səudiyyə kralı Salman bin Əbdüləziz və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək.