Xarkovda 200-ə qədər ukraynalı millətçi öldürülüb
Rusiya Müdafiə Nazirliyi Xarkovda 200-ə qədər ukraynalı millətçinin öldürüldüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyi cümə günü verdiyi bəyanatda bildirib: "Bu ölkənin qüvvələri Xarkovda Ukrayna Millətçi Batalyonunun 200 əməkdaşını və 50 xarici hərbçini məhv edib".
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Yüksək dəqiqlikli dəniz bazalı raketləri ilə Ukrayna Silahlı Qüvvələrinin Vinnitsa şəhərindəki Zabitlər Qarnizonu binasına hücum edilib; Raket zərbəsi endirilən vaxt binada Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı və xarici silah tədarükçülərinin iştirak etdiyi toplantı keçirilirdi".
Rusiya Medafiə Nazirliyinin bildirdiyinə görə, onlar Ukrayna Silahlı Qüvvələrinə təyyarələrin, silahların növbəti partiyasının təhvil verilməsini, habelə Ukrayna aviasiya donanmasının təmirinin təşkilini müzakirə ediblər. Zərbə nəticəsində görüş iştirakçıları məhv edilib.