İyul 22, 2022 13:26 Asia/Baku
  • Rusiya  Ərəbistan
    Rusiya Ərəbistan

Rusiya prezidenti və Ərəbistan vəliəhdi bir telefon söhbətində beynəlxalq neft hasilatının durumu və bu bazarda müvazinəti araşdırıblar.

SəhərAzəri-nin məlumatına əsasən,Kreml bir bəyanatda bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ərəbistan vəliəhdi Məhəmməd bin Salman bir telefon söhbətində «Opek Plyus» çərçivəsində həmkarlıqların davam etdirilməsinin önəminə təkid ediblər.

Kremlin bəyanatında deyilir: İki ölkə vurğulayıbdır ki, «Opek Plyus» qrupunda iştirak edən ölkələr beynəlxalq enerji bazarında lazımi səbat və müvazinətin qorunması sahəsində öz öhdəliklərinə müntəzəm şəkildə əməl edirlər.

Bəyanatın başqa bir hissəsində deyilir: İki ölkənin liderləri həmçinin ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və Suriyanın vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Belə bir halda, Ağ Ev son zamanlar bildirmişdi ki, ABŞ prezidenti Co Baydenin Qərbi Asiyaya səfərindən sonra «Opek Plyus»a üzv neft istehsal edən böyük ölkələrin öz xam neft hasilatlarını artıracaqları gözlənilir.

 

Teqlər