İyul 23, 2022 10:28 Asia/Baku
  • Müharibədə hər gün təxminən 30 ukraynalı hərbçi həyatını itirir

Ukrayna prezidenti bəyan edib ki, üharibədə hər gün təxminən 30 ukraynalı hərbçi vəfat edir, 250 nəfər yaralanır.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski qeyd edib ki, son iki ayla müqayisədə itkilərin sayı xeyli azalıb. Belə ki, may və iyun aylarında Ukrayna hərbçilərinin itkisi 100-dən 200 nəfərə qədər olub.

Bu arada BMT Baş katibi Antonio Quterreş İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri arasında taxıl ixracına dair sazişin imzalanmasından əvvəl çıxışı zamanı deyib ki, hər iki tərəf qanlı müharibəyə son qoymalıdır. İnsanlar ölür.

“Qara dənizdəki ümid işığının problemin bitməsi istiqamətində addım olacağına ümid edirəm”, - deyə Quterreş vurğulayıb.

Qeyd edək ki, Ukraynanın anbarlarında təxminən 10 milyard dollarlıq taxıl var.

Taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı İstanbulda imzalanmış sazişin icrasına nəzarəti təmin etmək üçün BMT-yə etibar edilib.

Teqlər