Avropanın enerji böhranı ABŞ-ın iqtisadi artımına başqa bir maneədir
https://azeri.sahartv.ir/news/dünya-i391453-avropanın_enerji_böhranı_abŞ_ın_iqtisadi_artımına_başqa_bir_maneədir
Ukrayna müharibəsi və enerji böhranı səbəbindən Avropa ölkələrində pik həddinə çatan iqtisadi problemlər bu qitənin iqtisadiyyatına mənfi təsirləri ilə yanaşı, ABŞ-ın iqtisadi artımına da mənfi təsir göstərəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2022 15:36 Asia/Baku
  • Avropanın enerji böhranı ABŞ-ın iqtisadi artımına başqa bir maneədir

Ukrayna müharibəsi və enerji böhranı səbəbindən Avropa ölkələrində pik həddinə çatan iqtisadi problemlər bu qitənin iqtisadiyyatına mənfi təsirləri ilə yanaşı, ABŞ-ın iqtisadi artımına da mənfi təsir göstərəcək.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın "Axios" xəbər portalı bir hesabatda yazıb: "Qərbin Ukraynadakı müharibə bəhanəsi ilə Rusiyanın neft və qazına tətbiq etdiyi embarqolar nəticəsində avropalılar dərin enerji böhranı yaşayırlar ki, bu da ABŞ-ın iqtisadiyyatının böyüməsinə mənfi təsir göstərə bilər". 

Məlumata əsasən, bu həftə bütün dünyanı xüsusilə də Avropa paytaxtlarını bürüyən kəskin istilik dalğası bu qitənin əvvəlki problemlərini artırıb və enerji qiymətlərini ən yüksək həddə çatdırıb.

Enerji böhranı son 18 ayda Avropada qazın qiymətinin 8 dəfə artmasına səbəb olub. Neftin qiyməti də 2021-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 50 faiz bahalaşıb. Bu da öz növbəsində Avropa İttifaqında ev təsərrüfatlarının xərclərinin və inflyasiyanın artmasına səbəb olub.