Ukrayna gəmisi və ABŞ cəbbəxanası məhv edilib
https://azeri.sahartv.ir/news/dünya-i391488-ukrayna_gəmisi_və_abŞ_cəbbəxanası_məhv_edilib
Rusiya müdafiə nazirliyi bildirib ki, bu ölkə hərbçilərinin hücumunda Odessa limanında Ukraynanın bir hərbi gəmisi amerikan sursatlara və "Harbun" raketinə malik olan bir cəbbəxana ilə yanaşı məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2022 01:49 Asia/Baku
  • Ukrayna gəmisi və ABŞ cəbbəxanası məhv edilib

Rusiya müdafiə nazirliyi bildirib ki, bu ölkə hərbçilərinin hücumunda Odessa limanında Ukraynanın bir hərbi gəmisi amerikan sursatlara və "Harbun" raketinə malik olan bir cəbbəxana ilə yanaşı məhv edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliyi həmçinin bildirib ki, bu ölkənin dəniz qüvvələri Ukraynanın mövqelərinə qarşı hücumda gəmi əsaslı uzaqmənzilli dəqiq raketlərdən istifadə ediblər.

Rusiya müdafiə nazirliyi bu ölkə qüvvələrinin hücumunda dağıdılmış hərbi gəminin tipinə aydınlıq gətirməsə də Rusiya xarici işlər naziliyinin sözçüsü Mariya Zaxarova bildiribdir ki, bu gəmi, sürətli hücum gəmisi olubdur.