İngiltərədə dəmiryolu işçilərinin tətili davam edir
İyul 25, 2022 01:55 Asia/Baku
İngiltərədə dəmiryolu işçiləri bir daha əmək şəraitinə etiraz olaraq, tətil keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bu həftə keçirilən tətil qatarların hərəkətində təxirə və ya onların ləğvinə səbəb olubdur.
İngiltərədə qırx min nəfərdən çox dəmiryolu işçisi də əmək haqqı, iş və şərait üstündə ixtilafın həlli üzrə müzakirələr uğursuz qaldıqdan sonra gələn həftə tətil keçirəcək.
İngiltərə şose yolu nəqliyyatı, dənizçilik və dəmiryolu işçilərinin ümumölkə birliyi, birliyin üzvlərinin səslərini eşitmədən və ya onlara seçim haqqı vermədən bu təklifi rədd edibdir.
İngiltərə şose yolu nəqliyyatı, dənizçilik və dəmiryolu işçilərinin ümumölkə birliyi bildirib ki, əmək haqqıları ilə bağlı təkliflərdə heç bir dəyişiklik və yaxşılaşma yoxdur.