İyul 25, 2022 06:27 Asia/Baku
  • ABŞ-da fövqəladə vəziyyət

Amerikanın Kaliforniya ştatındakı meşələrdə yanğın alovunun sürətlə yayılmasının və onun söndürülməsində acizliyin ardınca ştatın qubernatoru fövqəladə vəziyyət elan edib və minlərlə nəfər ev-eşiyindən çıxmağa məcbur olub.

SəhərAzəri-nin məlumatına əsasən, Kaliforniya uzun müddətdir, fəal meşə yanğınlarının şahididir, amma iqlim dəyişikliklərinə görə, sayı müəyyən qədər çoxalmış bu yanğınlar daha uzunmüddətli olubdur.

Amerika milli okean və atmosfer idarəsi öz illik hesabatında 2021-ci ili bir neçə milyard dollarlıq xərci olmuş iyirmi müxtəlif iqlim hadisəsilə, bu ölkədə ən faciəli iqlim illərindən biri adlandırmışdı.

Yanğının şölələri cümə günü Amerikanın Kaliforniya ştatında yerləşən Yosemit Milli Parkında böyük sürətlə yayılmağa başlayıb. Bu yanğın 2022-ci ildə həmin ştatda baş verən ən böyük yanğınlardan biridir.

Bu dəhşətli yanğın həmçinin iki mindən çox yaşayış və ticarət binasında işığın kəsilməsinə bais olubdur. Altı min nəfərdən çox insan bir neçə kilometrlik radiusa qədər öz mənziliyini tərk etməyə məcbur olub.

Bununla belə, indiyədək yanğının törətdiyi tələfat barədə bir məlumat yayılmayıbdır.

Son onilliklər ərzində Kaliforniya ştatındaən pis quraqlıqdan irəli gələn havanın istiliyi və quruluğu bu yanğının daha çox sürətlə yayılmasına bais olubdur.

2022-ci ilin iyul ayının başlanmasından bəri Kaliforniya ştatı çox sayda yanğının şahidi olub. Bu yanğınlar 3772 hektar meşənin və on iki yaşayış binasının məhv olmasına gətirib çıxarıbdır.

Amerika milli yanğınsöndürmə mərkəzinin statistikasına əsasən, 2022-ci ilin başlanmasından bəri bu ölkədə doqquz geniş miqyaslı yanğın baş verib. Bu yanğınlar 2.2 milyon hektarlıq ərazinin məhv olması ilə nəticələnibdir.

Amerikadakı yanğınların ümumi statistikası 37 min haldan çoxdur. Həmin yanğınlar bu ölkənin beş milyon hektardan çox ərazisinin məhv olmasına gətirib çıxarıbdır.

 

Teqlər