Kissincer: Ukrayna əraziləri güzəştə gedilə bilməz
https://azeri.sahartv.ir/news/dünya-i391493-kissincer_ukrayna_əraziləri_güzəştə_gedilə_bilməz
Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2022 07:44 Asia/Baku
  • Kissincer: Ukrayna əraziləri güzəştə gedilə bilməz

Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində bildirib.

Kissincer əlavə edib ki, mümkün danışıqlarda Ukrayna rəhbərliyi və xalqı mütləq iştirak etməlidir. Amerikalı siyasətçi bu yanaşmanı “vəziyyəti idarə etmək üçün yeganə əsas” adlandırıb.

Keçmiş dövlət katibi bildirib: “Ukrayna ərazilərinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya hərbi əməliyyatlar başlayandan bəri ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Kissincerin Rusiyaya ərazi güzəşti təklifi müzakirələrə səbəb olmuş, sabiq dövlət katibi isə fikirlərinin yanlış anlaşıldığını bildirmişdi.