İyul 28, 2022 10:47 Asia/Baku
  • Lavrov: Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq

Rusiyanın XİN başçısı xəbərdarlıq edib ki, Rusiyadan sonra ABŞ-ın növbəti hədəfi Çin olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Rusiyanın Əddis-Əbəbədəki səfirliyində xarici diplomatlar qarşısında çıxışında bildirib : "Düşmənlər siyahısında Rusiyadan sonra Çin Qərbin növbəti hədəfi olacaq və qıcıq yaradan istənilən dövlətə qarşı sanksiyalar tətbiq oluna bilər." 

Onun sözlərinə görə, NATO öz düşmənlərini qaydasında təyin edir. Rusiya birincidir. Çin - ikinci.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, lazım gələrsə, Qərb qıcıq yaradan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

Bir müddət əvvəl Lavrov Qərbin özünə tabe olmayan istənilən ölkəni cəzalandıracağını bəyan etmişdi. Rusiya XİN rəhbəri hesab edir ki, eyni zamanda, əksər dövlətlər öz müstəqilliklərini müdafiə edəcəklər.

Teqlər