Rusiya Ukraynanın ikinci iri elektrik stansiyasının nəzarətini ələ alıb
https://azeri.sahartv.ir/news/dünya-i391607-rusiya_ukraynanın_ikinci_iri_elektrik_stansiyasının_nəzarətini_ələ_alıb
Ukrayna prezidenti Vladimir Zelenskinin bir müşaviri Rusiya qüvvələrinin bu ölkənin ikinci iri elektrik stansiyasının nəzarətini ələ aldıqlarını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 28, 2022 14:14 Asia/Baku
  • Rusiya Ukraynanın ikinci iri elektrik stansiyasının nəzarətini ələ alıb

Ukrayna prezidenti Vladimir Zelenskinin bir müşaviri Rusiya qüvvələrinin bu ölkənin ikinci iri elektrik stansiyasının nəzarətini ələ aldıqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Çərşənbə günü Rusiya qüvvələrinin Uqleqorskaya istilik elektrik stansiyasına nəzarəti ələ keçirdiklərini bildirən Ukrayna prezidentinin müşaviri Aleksey Arsteviç əlavə edib ki, Rusiya öz qüvvələrini üç cənub bölgəsində yenidən yerləşdirməkdədir.

Uqleqorskaya istilik elektrik stansiyasına nəzarət Rusiya üçün mühüm strateji nailiyyət hesab olunur.