Qışdan nigaran qalan qərb Kiyevi kompramisə sürükləyir?
Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rada telekanalının efirində bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Kuleba qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.
“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırq”,- deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.
Bəzi analitiklərə görə öz maraqları naminə Ukraynanı Rusiya qarşısına qoyaraq bu ölkəni xarabazara çevirən qərb, indi Rusiya qazına olan tələbatını alternativ yollarla təmin etməkdən aciz qaldıqda yenə öz maraqları naminə Ukraynanı təslim olmağa, Rusiyanın şərtləri ilə barışmağa sürükləyir.