İspaniyanı fəlakət bürüyüb
İstilər 2064 nəfəri öldürdü
İyul 31, 2022 18:22 Asia/Baku
İyul ayında İspaniyada qeydə alınan anomal istilər 2064 nəfərin ölümünə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə III Karlos Sağlamlıq İnstitutunun saytında məlumat verilib.
Ölənlər arasında 14 yaşa qədər 10 uşaq da olub.
Ən yüksək ölüm sayı 18-19 iyul tarixlərində qeydə alınıb – 184 nəfər. Həmin günlərdə İspaniyada temperatur 38-40 dərəcə təşkil edib.