Rusiyanın yeni dəniz doktrinası təsdiqlənib
ABŞ və NATO əsas təhlükə elan edilib
Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinasını təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Putin bu haqda Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır.
O qeyd edib ki, Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır.
Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir.
Doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir.
Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi” nəzərdə tutulur.
Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.