Avq 05, 2022 17:29 Asia/Baku
  • İki böhrandan təsirlənən Almaniya

Dünyanın dördüncü iri iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı iki böyük beynəlxalq böhranla üzləşib.

Almaniyada enerji parametrlərini problemlə üzləşdirən turbin.

“Şimal axını” qaz boru xəttinə aid 18 tonluq turbin təmir işləri üçün Kanadaya aparılmışdı və geri qaytarılması anti-Rusiya sanksiyalarına görə, təxirə düşüb.

İndi Almaniya kansleri rusların razılığını cəlb etməyə çalışır. Deyib ki, sanksiyalar bu turbinə şamil olmur; aparıb, qazköçürməni bərpa etsinlər.

Almaniyanın keçmiş kansleri, Putinin ən yaxın dostu olan Şruder vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Rusiya ilə əməkdaşlığı bərpa etməyi təklif edib.

İndi Uzaq Şərqdə baş verən hadisələr də Almaniya iqtisadiyyatı üçün potensial xəbərdarlıqdır, xüsusən bu ölkə başçılarının anti-Çin mövqelərinə görə.

Çin etiraz əlaməti olaraq Almaniya səfirini xarici işlər nazirliyinə çağırtdırıb. Qeyd edək ki, bu ölkə almanların ən böyük iqtisadi ortağıdır; Tayvan da dünyada elektronika sənayesinin bir qütbü.

Alman ticarət fəalları bu qənaətdədirlər ki, Tayvan böhranı dünya iqtisadiyyatı üçün mənfi nəticələr gətirəcək.

Bəzi siyasətçilər Almaniya hökumətinə tövsiyə ediblər ki, Çinlə iqtisadi əlaqələrini azaltsın. Rusiya ilə qarşılaşma barədə edilən tövsiyə kimi.