Çin Tayvan boğazının şərqinə hücum edib
Çin ordusunun hərbçiləri Tayvan boğazının şərq hissələrini hədəfə alıblar.
Çin dövlət televiziyası bildirib ki, bu ölkə ordusunun hərbçiləri Tayvan boğazının şərq hissələrini dəqiq raketlərlə hədəfə alıblar.
«Çin bu adanın yaxınlığındakı sulara raket atmaqla Şimali Koreyanın yolunu gedib». Bunu Tayvan hökuməti yaydığı bəyanatda iddia edib və Pekini təmkinli olmağa çağırıb.
Bəyanatda deyilir: Çin Tayvan adasının təhlükəsizliyini təhdid edib. Ölkələrdən istənilir ki, Taypeyi və birgə tədbirdə, sözdə, “azadlıq və demokratiya”nı müdafiə etsinlər.
Çin ordusunun hərbi təlimlərinin keçirildiyi zaman Tayvan boğazının şərq hissələrinə edilən məhdud raket hücumları, son günlər Tayvanda baş verən siyasi olaylara, xüsusən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taypeyə səfərinə bir cavab olubdur.